Prezident İlham Əliyev “Konstitusiya Məhkəməsi haqqında” qanunda dəyişiklik edilməsini təsdiqləyib.
Bizim.Media xəbər verir ki, dəyişikliklə Konstitusiya Məhkəməsi sədrinin aylıq vəzifə maaşı 3550 manat olub.
İndiyədək bu məbləğ 2475 manat idi. Artım 1075 manat təşkil edir.
Habelə, 71.1-ci maddədə “Azərbaycan Respublikası Milli Məclisi deputatının aldığı məbləğdə” sözləri “aylıq vəzifə maaşının 50 faizi məbləğində” sözləri ilə əvəz edilib.
72.2-ci və 73.6-cı maddələr ləğv edilib, 73.9-cu maddədən “, 73.6-cı” sözləri çıxarılıb. Bu Qanun 2022-ci il sentyabrın 1-dən qüvvəyə minir.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
16:31 / 29.07.2022
Konstitusiya Məhkəməsi sədrinin maaşı 1075 manat artırıldı
Hazırda oxunan: Konstitusiya Məhkəməsi sədrinin maaşı 1075 manat artırıldı
Hazırda oxunan: Konstitusiya Məhkəməsi sədrinin maaşı 1075 manat artırıldı
86112
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.