Xaçmazın Xudat şəhərindəki Nizami parkında təmir və bərpa işləri zamanı arxeoloji materiallar tapılıb.
Onların içərisində bir tərəfi qırılmış 1ədəd təsərrüfat küpü böyük maraq kəsb edir.
Bu barədə Bizim.Media-ya Azərbaycan Milli EA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstititunun Arxeoloji xidmət və yeni tikinti sahələrinin arxeoloji tədqiqi şöbəsinin müdiri Qəhrəman Ağayev məlumat verib.
Xudat şəhərində əsaslı bərpa işləri gedən Nuzami parkında olduq. PMD Projects şirkətinin əməkdaşları ilə qazıntı gedən yerə baş çəkdik.
Sahə rəisi Rauf Paşayev məlumat verdi ki, buradan küp və digər əşyalar tapılıb. Tapıntılar barədə aidiyyəti qurumlar məlumatlandırılıb:
“Tariximizə biganə qala bilməzdik, ona görə rəsmi qurumlara dərhal xəbər verdik”.
Şöbə müdiri Qəhrəman Ağayev qazıntı yerini diqqətlə müşahidə edərək ərazinin geniş təqdiq olunmasını vacib saydı. Sahə rəisi Rauf Paşayev tapıntı barədə Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Şabran regional idarəsinə məlumat verib. İdarənin əməkdaşları tapılan küpü artıq götürüblər.
Sahə rəisinin hərəkəti təqdirəlayiqdir. Tariximixin nümunəsini itib-batmağa qoymayıb.
Arzu edək ki, respublikada bütün qazıntı işləri aparan tikinti təşkilatları nümayəndələri belə hərəkət etsinlər. Qaldı ki, Xudatın Nizami parkında tapılan küpün hansı dövrə aid olmasına, Qəhrəman Ağayev bunun həmin arxeoloji materiala yerində baxış keçirəndən sonra söyləməyin mümkün olacağını qeyd edib.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu
- A-
- A
- A+
Cəmiyyət
14:29 / 29.07.2022
Xudatın Nizami parkında ARXEOLOJİ TAPINTI – ÖZƏL/FOTO
Hazırda oxunan: Xudatın Nizami parkında ARXEOLOJİ TAPINTI – ÖZƏL/FOTO
Hazırda oxunan: Xudatın Nizami parkında ARXEOLOJİ TAPINTI – ÖZƏL/FOTO
86080
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.