Bizim.Media-nın yayımladığı “Tut ağaclarının bərbad günə qoyduğu küçələr - Problemdən ÇIXIŞ YOLU nədir?” sərlövhəli yazıya aidiyyatı qurum tərəfindən operativ reaksiya gəlib.
Belə ki, yazıda şəhərin müxtəlif ətrazilərində yay aylarında tut ağaclarının küçələrdə və səkilərdə yaratdığı anti-sanitar vəziyyətdən söhbət açılıb.
Bakı Şəhər Mənzil Kommunal Təsərrüfat Departamenti Bizim.Media-ya bildirilib ki, saytımız tərəfindən qaldırılan məsələ dərhal öyrənilib və şəhərin müxtəlif yerlərində bu cür ərazilər müəyyənləşdirilib.
MÖVZU İLƏ BAĞLI:
Tut ağaclarının bərbad günə qoyduğu küçələr - Problemdən ÇIXIŞ YOLU nədir? - FOTO
Bu gündən başlayaraq ilk olaraq Nəsimi rayon ərazisində tut ağaclarının çirkləndirdiyi səki və yolların Departamentin əməkdaşları tərəfindən yuyulmasına başlanılıb. Sabah Yasamal rayonu ərazisində də anaoloji tədbirlər görüləcək. Qarşıdakı günlərdə isə digər ərazilərdə belə ərazilər aşkarlanarsa, onlar da aradan qaldırılacaq.
Qeyd olunub ki, işlər bir neçə gün davam edəcək, problemli yol və səkilərdə vətəndaşların rahat gediş-gəlişi üçün lazımı şərait təmin olunacaq.
Biz isə öz növbəmizdə operativ reaksiyaya görə, Bakı Şəhər Mənzil Kommunal Təsərrüfat Departamentinə və əsas təşəbbüskarlara təşəkkürlərimizi çatdırırıq. Biz hər yerdə birlikdə güclüyük!
Səkinə Yusibli, Bizim.Media