Məhkum təcridxanada aclığa BAŞLADI – Ədliyyə Nazirliyindən AÇIQLAMA

Hazırda oxunan: Məhkum təcridxanada aclığa BAŞLADI – Ədliyyə Nazirliyindən AÇIQLAMA

86062

Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 11 saylı cəzaçəkmə müəssisəsinin tibbi sanitar hissəsində cəza çəkən II qrup əlil, məhkum Əli Azər oğlu Səmədov Bizim.Media-ya rəsmi müraciət edib. 

Məhkumun yazdığı məktubda iddia olunur ki, Ədliyyə Nazirliyi Penitensiar Xidmətin cəzaçəkmə müəssisələrində həqiqi xəstəliyi olan kimsəsiz, şikəst, birinci Qarabağ döyüşlərində iştirak edən, həm şəhid, həm də qazi ailəsindən olan məhkumlar hal hazırda özlərini intihar etməkdən başqa heç bir çarə tapa bilmirlər:

“Çünki Tibb Baş İdarəsinin rəis müavini İftixar Qurbanovun göstərişi əsasında forma 88  komissiyasından keçirilmirlər. Səbəb isə müəyyənləşdirilmis məbləğdə rüşvətin ödənilməməsidi. Bu rusvətləri müalicə müəssisəsində ödəyə bilən məhkumlar dərhal komissiyadan keçirilir və əlillik ala bilmələri üçün sənədləri Dövlət Dibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə göndərilir. Biz məhkumların hüquqlarıni qoruyacaq nə bir "Ombudsman", nə də bir dövlət qurumu yoxdur. Mən 26 iyul saat 6:00 dan aclıq aksiyasına start vermişəm. Niyyətim ya hüquqlarımın bərpa edilməsi, ya da ölməklə son tapacaq”, - deyə məktubda qeyd olunub.

Məsələ ilə bağlı Ədliyyə Nazirliyinin mətbuat katibi Rasim Həsənov Bizim.Media-nın sorğusuna cavab olaraq sözügedən məhkumun müraciətinin əsassız olduğunu bildirib:
 

“Qeyd olunanlar həqiqəti əks etdirmir, məhkum ikinci qrup əlil Səmədov Əli Azər oğlunun müraciətləri ona birinci qrup əllilliyin verilməsi ilə bağlı olub. Bununla əlaqədar məsələ nəzarətə götürülərək nazirlik tərəfindən araşdırma aparılıb və müraciətinin əsassız olduğu müəyyən edilib.


Belə ki, əlilliklə bağlı Ə.Səmədovun dəfələrlə mülki tibb müəssisələrində müayinələri aparılıb, nəticələri Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tibbi sosial komissiyasına göndərilib. Xəstəliyinin diaqnozu və onun hazırkı vəziyyəti qanunvericiliyə uyğun olaraq ikinci dərəcə əlillik təyinatına əsas verir və bu əsasda da həmin qurum tərəfindən ona ikinci dərəcə əlillik təyin edilib”.

Alçina Amilqızı, Bizim.Media  

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin