“Azərişıq” ASC abonentlərini necə aldadır? - VİDEOFAKT

Hazırda oxunan: “Azərişıq” ASC abonentlərini necə aldadır? - VİDEOFAKT

86029

Komunal xərclərin tarifindəki pilləli qiymətləndirmə istehlakçının haqqını tapdalamağa əla fürsət yaradıb. Adi adamların dərk edə bilməyəcəyi şəkildə müxtəlif xidmətlər tərəfindən abonentə qarşı soyğunçuluq aparılır.

Belə bir şikayətlərdən biri sübutlu-yataqlı “Azərişıq” ASC-dən daxil olub. Cəmiyyətin Mingəçevir şəhərindən olan abonenti iddia edir ki, qurum istehlakçılardan daha çox pul qoparmaq üçün müxtəlif vasitələrdən istifadə edir.

Onlardan biri də borc tarixlərinin sürüşdürülməsidir. Qurumun yerli əməkdaşları enerjinin istehlak tarixlərini “sürüşdürməklə” abonentlərin hüquqlarını tapdalayır.

Bu hüquqpozma isə ondan ibarətdir ki, “sürüşdürmə” zamanı istehlak edilən enerjinin həcmi daha çox göstərilir. Çünki, 300 kilovatdan artıq istifadə olunan elektrik enerjisi 13 qəpikdən hesablanır. 
 

MÖVZU İLƏ BAĞLI:

“Azərsu”, “Azərişıq”, “Azəriqaz” işçilərinə şiddəti doğuran SƏBƏB - AÇIQLAMA


Qeyd edək ki, Tarif Şurasının son qərarına görə istehlak edilən 200 kilovat elektrik enerjisinin qiyməti 8 qəpikdən, 300 kilovata qədər elektrik enerjisinin qiyməti isə 9 qəpikdən hesablanır. 300 kilovatdan artıq istifadə edilən elektrik enerjisinin hər kilovatı isə 13 qəpik nəzərdə tutulub. Vətəndaşın səsləndirdiyi fikirlərlə bağlı “Azərişıq” ASC-nin mövqeyini öyrənmək istədik. Dəfələrlə zəng etməyimizə baxmayaraq, qurumun mətbuat xidmətinin rəhbəri Vaqif Aydınoğlu telefon zənglərinə cavab vermədi.

Tanınmış hüquqşünas Əsabəli Mustafayev isə Bizim.Media-ya bu cür hallara tez-tez rast gəlindiyini bildirdi: 

“Bu vəziyyətdə abonent “Azərişıq”ASC-nin yerli qurumlarına müraciət etməli və məsələnin aydınlaşmasını tələb etməlidir. Və yaxud da məhkəməyə müraciət olunmalıdır. Təbii ki, vəsaitin həcmi kiçik olanda vətəndaşlar məhkəməyə baş vurmağı vacib saymırlar. Amma nəzərə alaq ki, bu tip mübahisələrin ən ədalətli çözüldüyü yer məhkəmələrdir”.

Mövzunun aktuallığını nəzərə alaraq məsələni diqqətdə saxlayacağıq.

Surxay Atakişiyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin