Emin Əmrullayevdən nazirliyin adının dəyişdirilməsi ilə bağlı PAYLAŞIM

Hazırda oxunan: Emin Əmrullayevdən nazirliyin adının dəyişdirilməsi ilə bağlı PAYLAŞIM

85998

Təhsil naziri Emin Əmrullayev nazirliyin adının dəyişdirilməsi ilə bağlı sosial şəbəkə hesabında paylaşım edib.

Bizim.Media xəbər verir ki, o, dövlət başçısının təhsil islahatları ilə bağlı son fərmanın bu sahənin daha da inkişafına təkan verəcəyini deyib:

"Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev elm və təhsilin qarşılıqlı əlaqəsinin möhkəmləndirilməsi və bu sahədə idarəetmənin təkmilləşdirilməsi məqsədilə fərman imzalamışdır.

Fərmana əsasən, Təhsil Nazirliyinin adı dəyişdirilərək Elm və Təhsil Nazirliyi adlandırılmış, Elm və Təhsil Nazirliyinin tabeliyində iki agentliyin yaradılması və Azərbaycan Milli Elmlər Akademiyasının bir sıra strukturlarının Nazirliyin tabeliyinə verilməsi nəzərdə tutulmuşdur. Elm və təhsilin inkişafı naminə verilmiş fərmana görə ölkə başçısına təhsil ictimaiyyəti adından təşəkkür edirik".

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin