Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) yeni nizamnaməsi hazırlanacaq.
Bizim.Media xəbər verir ki, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı “Azərbaycan Respublikasında elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” fərmanda əksini tapıb.
MÖVZU İLƏ BAĞLI:
Azərbaycanda Elm və Təhsil Nazirliyi yaradıldı - FƏRMAN
Bu fərman nəzərə alınmaqla, Ümumi Yığıncağında qəbul edilmiş yeni nizamnamə 3 ay müddətində Azərbaycan Prezidentinə təqdim etməlidir.
Həmçinin, bu fərmandan irəli gələn digər məsələləri həll etməlidir.
Qeyd edək ki, fərmanla Elm və Təhsil Nazirliyi yaradılıb, AMEA-nın bir sıra instititları və elmi müəssisə və təşkilatların bu nazirliyin tabeliyinə verilib. O cümlədən üç muzey Mədəniyyət Nazirliyinin tebeliyinə verilib.
Bizim.Media