Göygöldə 20 yaşlı oğlanı qətlə yetirən şəxs HAKİM QARŞISINDA 

Hazırda oxunan: Göygöldə 20 yaşlı oğlanı qətlə yetirən şəxs HAKİM QARŞISINDA 

85942

Göygöl rayonunda tanışını qətlə yetirməkdə ittiham olunan 1999-cu il təvəllüdlü Cəlal Tosun oğlu Apiyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Bizim.Media xəbər verir ki, iş baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi araşdırılması üçün hakim Dadaş İmanovun icraatına verilib.

Yaxın günlərdə məhkəmə başlanacaq. Hazırlıq iclası avqustun 10-na təyin olunub.

İttihama görə, bu il fevralın 15-də Göygöl rayonu ərazisində 2002-ci il təvəllüdlü Cavidan Məmmədov qətlə yetirilib.

Onu tanışı Cəlal Apiyevin qətlə yetirməsi müəyyən edilib. Hadisə Göygöl şəhərində çay evlərindən birində baş verib.

İstintaq orqanı tərəfindən Cəlal Apiyevin barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib.

Eldar Məmmədli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin