“Üzqaraldıcı işlərin başında məhz bu tip məmurlar durur”x9d

Hazırda oxunan: “Üzqaraldıcı işlərin başında məhz bu tip məmurlar durur”x9d

85926
Vətəndaş və İnkişaf Partiyası sədrinin müavini Billur Hümbətov prezident İlham Əliyevin keçirdiyi sonuncu müşavirənin nəticələrini şərh edib:

"Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial - iqtisadi inkişafının yekunlarına həsr olunmuş müşavirədən aydın oldu ki, dövlətimizin başçısı ölkədə mövcud olan neqativ işlərdən yetərincə məlumatlıdır.
Əlbəttə, bu çox yaxşı haldır ki, ölkə rəhbəri əhalini harahat edən, ölkənin imicinə mənfi təsir göstərən işlər barədə xəbəri var. İndi hər bir vətəndaş səbirsizliklə gözləyir ki, dövlət başçısı bu halların aradan qaldırılması üçün ciddi addımları nə vaxt atacaqdır. Bu gün Azərbaycanın işgüzar, çevik fəaliyyət göstərə biləcək hökümətə çox böyük ehtiyacı var. Mənə elə gəlir ki, bunu Prezident də, biz vətəndaşlar da aydın hiss edir. Görünən odur ki, iqtidar bu addımı atmaqda tərəddüd edir. Bunun da bir neçə obyektiv səbəbləri var. Əsas səbəb 20 ildən artıq müddətdir ki, oturduqları dövlət postlarının masalarını əbədi zənn edən məmurlar - oliqarxlar dövlət üçün də, dövlət başçısı üçün də təhlükəyə çevrilmişlər. Ölkədə baş verən bütün neqativ, üzqaraldıcı işlərin başında məhz bu tip məmurlar durur. Bu şəxslər anlamırlar ki, insan əbədi olmadığı kimi vəzifə də əbədi deyil. Əksəriyyətinin yaşı 70 - i keşmiş bu insanlar topladıqları sərvətlə bir neçə ömür ehtiyacsız yaşamaq imkanına malikdirlər. Bu məmurlar təkcə ölkənin iqtisadi sferasını deyil, bütün sahələri inhisara almağa cəhd edirlər və çox hallarda da buna nail olurlar. Ölkənin mətbuat orqanlarını, hətta siyasi təşkilatlarını öz nəzarətlərinə götürmüş bu şəxslər dövlət daxilində ciddi təhlükə mənbəyinə çevrilmişlər. Hətta qanunverici orqanımız Milli Məclisin üzvlərinin böyük əksəriyyəti məhz bu məmurların təmsilçiləri kimi parlamentdə əyləşiblər ki, bu da çox təhlükəlidir. Belə vəziyyət həmin şəxslərin lazımı məqamlarda parlament vasitəsilə çevriliş ehtimalını gözlənilən edir. Bütün bunları qeyd edərək, düşünürəm ki, dövlət başçısı bu maliyyə krallarına öz bizneslərini leqal şəkildə qurub, sahib olduqları vəsaitin ölkə iqtisadiyyatına sərmayə qoymağa imkan verəcək qanunun qəbuluna və bu məmurlardan xudafisləşmək barədə qəti qərara gələcək. Bu addım nə qədər tez atılacaqsa, ölkəmiz neqativ təhlükələrdən bir o qədər tez qurtulacaq, əhali tərəfindən düzgün dəyərləndiriləcək və dəstəklənəcək."
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin