Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi koronavirusa yoluxub.
Bizim.Media xəbər verir ki, hakim İlham Mahmudovun koronavirus testinin nəticəsi pozitiv çıxıb.
Bu səbəbdən onun icraatında olan işlər qeyri-müəyyən vaxtadək təxirə salınıb. İ.Mahmudov hazırda ev şəraitində müalicə olunur.
MÖVZU İLƏ BAĞLI:
Səlim Müslümovun əmlaklarının üzərinə həbs qoyulub - ÖZƏL
Qeyd edək ki, İlham Mahmudov sabiq əmək və həalinin müdafiəsi naziri Səlim Müslümovun işində hakim heyətinin üzvüdür.
Bu səbəbdən avqustun 1-də Səlim Müslümovun məhkəməsi baş tutmaya bilər.
Bundan başqa, İlham Mahmudov “Location” gecə klubunda baş verən partlayışa görə həbs edilən Rəsul Rəsulov, Orxan Səfərli və Ruslan Məmmədovun cinayət işini araşdıracaq hakimlər arasındadır.
Eldar Məmmədli, Bizim.Media