Kəmaləddin Heydərov FHN əməkdaşına rütbə verdi - FOTO

Hazırda oxunan: Kəmaləddin Heydərov FHN əməkdaşına rütbə verdi - FOTO

85913
Azadlıq prospektində baş verən yanğında əleyhqazını vətəndaşa verərək həyatını riskə atan Nəsimi rayon Yanğından Mühafizə Hissəsinin baş leytenantı Xətai Şahverdiyev kapitan rütbəsi alıb.xa0


Moderator.az xəbər verir ki, X. Şahverdiyev bu haqda sosial şəbəkədə yazıb: “Kapitan rütbəsi aldığım üçün çox sevinirəm. FHN əməkdaşı olmaq şərəfdir. Azərbaycan Respublikasına xidmət edirəm”x9d.xa0

“Qafqazinfo”x9dya açıqlamasında tək onun yox, digər yoldaşlarının da rütbə alacağını bildirən kapitan gənc yaşda bu rütbəyə çatmağın xoş olduğunu vurğulayıb.xa0

Xatırladaq ki, X. Şahverdiyev 14-cü mərtəbədən Bilal adlı orta yaşlı bir şəxsi xilas edərkən əynindəki döyüş paltarını və əleyhqazı ona verdiyi üçün özü zəhərlənmişdi.xa0
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin