Qaz təchizatı nöqsanlı 400-dən çox müəssisə aşkarlandı

Hazırda oxunan: Qaz təchizatı nöqsanlı 400-dən çox müəssisə aşkarlandı

85888

Paytaxtda baş verən partlayışdan sonra aidiyyəti dövlət orqanları tərəfindən həmçinin, “Azəriqaz” İB-nin aidiyyəti işçiləri tərəfindən komissiya yaradılıb. 

Bizim.Media xəbər verir ki, bu haqda “Azəriqaz”ın Sağlamlıq, əməyin təhlükəsizliyi, ətraf mühitin mühafizəsi və keyfiyyətə nəzarət şöbəsinin rəisi İlkin Behbudov məlumat verib.

İlkin Behbudovun sözlərinə görə, 4000-dən yuxarı müəssisədə baxış keçirilib, 400-dən çox nöqsanlı müəssisə aşkar olunub və həmin müəssisələrin qaz təminatı dayandırılıb.

Bunlardan 250-dən çox müəssisənin qaz təminatı bərpa olunub, digərlərinin isə qaz təminatı dayandırılmaqda davam edir.

Bərpa olunan müəssisələrin qeyri-qanuni xətləri və cihazları söküldükdən sonra, layihə smeta sənədlərinə uyğun olaraq qaz ilə təmin olunublar.

Yoxlama ümumi respublika üzrə aparılıb və əsas pay paytaxt ərazisinə düşüb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin