"İl ərzində qərəzli şəkildə təhsildən yayındırılan 13 uşaq müəyyən edilib".
Bizim.Media xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin şöbə müdiri Taliyə İbrahimova "İnsan alverinə qarşı mübarizə: fəaliyyət və perspektivlər" mövzusunda keçirilən tədbirdə çıxışı zamanı deyib.
Report.az-ın məlumatına görə, o bildirib ki, Dövlət Komitəsi həmin məsələləri araşdırıb:
"Belə hallar aşkarlananda dərhal hərəkətə keçilir və müvafiq tədbirlər görülür. 2018-ci ildən repatriasiya olunan uşaqlarla bağlı da 3 aydan bir monitorinqlər aparılır. Elə uşaqlar da var ki, əxlaqsız həyat tərzi yaşayır, bəziləri cinsi zorakılığa məruz qalanlardır. Sığınacaqlar belə uşaqları qəbul etmək istəmirlər. Bu, ciddi problemdir".
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
12:04 / 28.07.2022
13 uşaq qərəzli şəkildə təhsildən yayındırılıb - RƏSMİ
Hazırda oxunan: 13 uşaq qərəzli şəkildə təhsildən yayındırılıb - RƏSMİ
Hazırda oxunan: 13 uşaq qərəzli şəkildə təhsildən yayındırılıb - RƏSMİ
85865
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.