"Son aylarda bütün dünyada COVID-19 virusuna yoluxma hallarında ciddi artım var. Bu vəziyyət ölkəmizə də təsirsiz keçmədi. Azərbaycanda da son həftələrdə yoluxma hallarında ciddi artım müşahidə edirik. Hazırda ölkəmizdə təşvişə səbəb olacaq vəziyyət yoxdur".
Bizim.Media TƏBİB-in rəsmi feysbuk səhifəsinə yerləşdirilən videoçarxa istinadla bildirir ki, bunu TƏBİB-in Strateji inkişaf departamentinin rəhbəri Yaqut Qarayeva deyib.
MÖVZU İLƏ BAĞLI:
Sərt karantin tətbiq olunacaqmı? – Nazirlik açıqladı
“Epidemioloji vəziyyət sabitdir və nəzarət altındadır. Lakin həssas, risk qrupuna aid olan şəxslər özlərini qorumalıdır. Qapalı məkanlarda, kütləvi insanların toplandığı yerlərdə maskadan istifadə edilməsini, məsafənin saxlanılmasını və əl gigiyenasına əməl edilməsini tövsiyə edirik.
Eyni zamanda, koronavirusa qarşı 3-cü doza peyvənd vaxtları gələn şəxslərin payız ayları öncəsi vaksin vurdurması vacibdir”.
Bizim.Media