Qala-Şüvəlan qəsəbələrarası avtomobil yolu təmir edilir - FOTO/VİDEO

Hazırda oxunan: Qala-Şüvəlan qəsəbələrarası avtomobil yolu təmir edilir - FOTO/VİDEO

85853

Qala-Şüvəlan qəsəbələrarası avtomobil yolunun yenidən qurulması davam edir.

“Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyindən Bizim.Media-ya verilən məlumata görə, Qala-Pirallahı avtomobil yolunun 8-ci km-dən başlayaraq Şüvəlan qəsəbəsinə qədər uzanan Qala-Şüvəlan avtomobil yolunun uzunluğu 5.2 km, hərəkət hissəsinin eni isə ortalama 9 metr təşkil edir.

Aparılan yenidənqurma işləri çərçivəsində yolboyu frezlənmə, zəruri yerlərdə yararsız qruntun qazılaraq çıxarılması, əks-dolğu işləri icra olunaraq yeni yol yatağı salınması, yol əsasının inşası və 2 qat olmaqla asfalt-beton örtüyünün döşənməsi işləri aparılır.
Artıq yolun 2.5 km-lik hissəsində sadalanan işlər yekunlaşıb. Hazırda bu hissədə yol birləşmələrinin bərpası və yol çiyinlərinin bərkidilməsi yerinə yetirilir.

Digər hissələrdə isə “İnşaat Norma və Qaydaları”na uyğun olaraq, yenidənqurma işləri davam edir. Belə ki, layihəyə əsasən hər birinin eni 3.75 metr olmaqla 2 hərəkət zolağından ibarət olacaq yolda 1-1.5 metr enində çiyinlərin, 1580 metr yeni səki daşlarının tikintisi, 2745 kv.m səkinin bərpa olunması işləri də daxildir.

Bundan başqa layihə ardıcıllığına uyğun şəkildə yolboyu avtonəqliyyat vasitələrinin normal hərəkətinin təmin edilməsi üçün üfüqi nişanlanma xətlərinin çəkilişi işlərinin aparılması, zəruri yerlərdə yol nişanlarının quraşdırılması, yeraltı kommunikasiya xətlərinin baxış qapaqlarının yenilənməsi və layihə hündürlüyünə qaldırılması, həmçinin yeni yağış barmaqlıqlarının quraşdırılması da nəzərdə tutulub.

Qeyd edək ki, cari ilin “İnvestisiya Proqramı”na uyğun olaraq Xəzər rayonun Mərdəkan, Binə, Buzovna, Qala və Zirə qəsəbələri ərazisində ümumi uzunluğu 15.4 km küçə və yolun təmiri işləri davam etdirilir.

2021-ci ilin “İnvestisiya Proqramı”na uyğun olaraq isə rayonun Binə, Buzovna və Qala qəsəbələrində ümumi uzunluğu 16.3 km olan küçə və yolların təmiri icra olunub.

Təbii ki, təmiri aparılan və nəzərdə tutulan küçələr Xəzər rayonunda vətəndaşların əsas istifadə etdiyi ərazilər olduğu üçün gediş-gəlişin rahatlaşmasına, sərnişindaşımanın daha da asanlaşmasına gətirib çıxarır.

Bizim.Media
 


 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin