İyulun 19-da övladları ilə birlikdə özünü binadan atan qadın övladının müalicə aldığı xəstəxanaya köçürülüb.
Bu barədə Bizim.Media-ya Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İctimaiyyətlə əlaqələr və tədbirlər şöbəsinin müdiri Zamirə Ədilova məlumat verib.
O bildirib ki, qadın TƏBİB-in tabeliyində olmayan xəstəxanaya köçürülüb:
“Qadının vəziyyəti stabilləşmişdi. Onun palataya köçürülməsi planlaşdırılsa da, ailənin istəyi ilə o, TƏBİB-in tabeliyində olmayan və övladının müalicə aldığı xəstəxanaya köçürülüb”.
Qeyd edək ki, iyulun 19-da qadın iki azyaşlı övladı ilə birlikdə özünü beşinci mərtəbədən atıb. Olay zamanı azyaşlılardan biri ölüb.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
11:01 / 28.07.2022
Körpələri ilə özünü binadan atan qadınla bağlı YENİ XƏBƏR
Hazırda oxunan: Körpələri ilə özünü binadan atan qadınla bağlı YENİ XƏBƏR
Hazırda oxunan: Körpələri ilə özünü binadan atan qadınla bağlı YENİ XƏBƏR
85848
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.