Azərbaycanda 10 mindən çox şəxs oteldə gecələyib

Hazırda oxunan: Azərbaycanda 10 mindən çox şəxs oteldə gecələyib

85795

Bu ilin yanvar-iyun aylarında Azərbaycanda mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2021-ci ilin eyni dövrü ilə müqayisədə 47,8 faiz artaraq 1027,0 min olub.

Dövlət Statistika Komitəsindən Bizim.Media-ya verilən məlumata görə, gecələmələrin 55,1 faizi Bakıda, 6,8 faizi Qəbələdə, 6,8 faizi Qubada, 5,5 faizi Qusarda, 5,5 faizi Şabranda, 3,3 faizi Lənkəranda, 3,0 faizi Naftalanda, 2,2 faizi Naxçıvan Muxtar Respublikasında, 1,3 faizi Xaçmazda, 1,1 faizi Şamaxıda, 0,9 faizi Şuşada və 8,5 faizi digər şəhər və rayonlardakı mehmanxanalarda (hotellərdə) və mehmanxana tipli obyektlərdə qeydə alınıb.
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycanda otellərin Yeni il sərgüzəştləri başladı – Bir ailəyə 20 MİN AVRO 


Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin keçirdiyi gecələmələrin sayı 2021-ci ilin eyni dövrü ilə müqayisədə 3,8 dəfə artaraq 503,5 min olub ki, bu da ümumi gecələmələrin 49,0 faizini təşkil edir.

Gecələmələrin 11,9 faizi Səudiyyə Ərəbistanı, 11,5 faizi Birləşmiş Ərəb Əmirlikləri, 11,5 faizi Türkiyə, 10,7 faizi Rusiya Federasiyası, 4,4 faizi Böyük Britaniya, 3,9 faizi Küveyt, 3,8 faizi İsrail, 3,5 faizi Hindistan, 3,0 faizi ABŞ, 1,9 faizi Pakistan, 1,9 faizi Qazaxıstan, 1,7 faizi Almaniya, 1,5 faizi İtaliya, 1,4 faizi Gürcüstan, 1,4 faizi Qətər, 1,2 faizi İran, 0,9 faizi Özbəkistan, 0,8 faizi Niderland, 0,7 faizi Ukrayna, 0,6 faizi Fransa, 21,8 faizi isə digər ölkələrin vətəndaşlarının payına düşüb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin