Masallı sakinləri işdən çıxarılan icra başçısını belə yola saldı - FOTO

Hazırda oxunan: Masallı sakinləri işdən çıxarılan icra başçısını belə yola saldı - FOTO

85760

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin sərəncamı ilə Masallı rayonunun icra başçısı Şahin Məmmədov iyulun 25-də vəzifədən azad edilib.

Bizim.Media xəbər verir ki, Ş. Məmmədovun Masallını tərk edəcəyini öyrənən bir qrup sakin, eləcə də bir neçə şəhid valideyni onun yaşadığı evə gəlib. Sakinlər Ş. Məmmədovun şəxsi əşyalarının daşınmasında köməklik ediblər. 

Qafqazinfo.az-ın məlumatına görə, keçmiş icra başçısı onunla vidalaşmağa gələnlərə təşəkkür edib.

O, şəhid analarına xüsusi minnətdarlığını çatdırıb:

"Masallı camaatına böyük hörmət və etiramım var. Hər zaman dövlətə və xalqa sədaqətlə xidmət göstərmişəm. Bundan sonrakı fəaliyyətimdə də belə olacaq". 

Bizim.Media

 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin