Goranboyda 25 yaşlı gənci elektrik cərəyanı vurub.
Bizim.Media-nın məlumatına görə, hadisə Qızılhacılı qəsəbəsində baş verib.
1997-ci il təvəllüdlü rayon sakini Hüseynov Sərxan İlham oğlu elektik xətti çəkərkən onu cərəyan vurub.
Ağır vəziyyətdə xəstəxanaya çatdırılan gəncin həyatını xilas etmək mümkün olmayıb.
Ehtiram Muradov, Bizim.Media, Mərkəzi Aran bürosu