Ermənistanın Azərbaycan turizminə vurduğu ziyanın MƏBLƏĞİ 

Hazırda oxunan: Ermənistanın Azərbaycan turizminə vurduğu ziyanın MƏBLƏĞİ 

85731

Azərbaycanın mehmanxana (hotel) və mehmanxana tipli obyektlərinin 11,6 %-i məhz 30 il ərzində Ermənistanın işğalı altında qalmış ərazilərdə yerləşib. 

Bizim.Media xəbər verir ki, bu barədə Dövlət Turizm Agentliyindən bildirilib. 

Report.az-ın məlumatına görə, bundan başqa, qurum bəyan edib ki, ölkədə turistlərin gecələmələrinin 11,1%-i işğal altında qalmış ərazilərin payına düşüb. 

“Bunu nəzərə alaraq, rəsmi açıqlanan və ehtimal edilən göstəricilərin qiymətləndirmələrinə əsasən ölkə ərazisinin 20%-nin 30 il müddətində işğal altında qalması nəticəsində həmin ərazilərə 33 milyon turist səfər edə bilməyib.
Eyni zamanda turizm üçün xarakterik sahələrdə ÜDM istehsalı üzrə zərər 5 milyard ABŞ dollarından artıq olub”, - deyə açıqlamada qeyd olunub. 

Azərbaycan 2020-ci ilin payızında 44 günlük Vətən Müharibəsi nəticəsində torpaqlarını işğaldan azad edib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin