Təhsil naziri intihar edən abituriyentlərlə bağlı danışdı

Hazırda oxunan: Təhsil naziri intihar edən abituriyentlərlə bağlı danışdı

85703

Təhsil naziri Emin Əmrullayev qəbul imtahanlarında bal toplaya bilmədiyi üçün intihar edən abituriyentlərlə bağlı məsələyə münasibət bildirib.

Bizim.Media xəbər verir ki, nazir bu barədə “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” və digər məsələlərlə bağlı keçirdiyi brifinqdə söz açıb.
 

MÖVZU İLƏ BAĞLI:

“Hədəf məktəqədər təhsilə cəlb edilən uşaqların sayını 50 faizə çatdırmaqdır” – NAZİR  


Onun sözlərinə görə, hər bir şagirdin, uşağın ölümü, intiharı faciədir.

“Sözün düzü, biz bunu hər zaman aşağı bal yığmış şagirdlər arasında görmürük. Təhsilin bütün mahiyyəti şagirddir. Bu mənada istər valideynlər, istərsə də müəllimlər başa düşməlidir ki, həyatın mənası ali təhsil müəssisəsinə qəbul deyil. Birmənalı olaraq uşaqlara qarşı qısnama qəbuledilməzdir. Hər bir adamın öz övladına dəstək olması onun valideyn borcudur”, - deyə nazir qeyd edib.

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin