Gözəllik salonunda 58.000 manatlıq lazer aparatını sındıranlar TUTULDU

Hazırda oxunan: Gözəllik salonunda 58.000 manatlıq lazer aparatını sındıranlar TUTULDU

85686

Xətai RPİ-nin 36-cı Polis Bölməsinə iyulun 24-də saat 21 radələrində X.Məmmədov küçəsində yerləşən gözəllik salonlarının birinə gələn iki nəfərin çəkiclə oradakı 58.000 manat dəyərində lazer aparatını sındırmaları barədə müraciət daxil olub.  

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı DİN-in Mətbuat Xidməti yayıb.

Mənbə yazır ki, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində əmlakı qəsdən məhv etməkdə şübhəli bilinən Bakı şəhər sakinləri E.Həsənov və V.Vəliyev müəyyən edilərək saxlanılıblar. Araşdırma aparılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin