“Gələcəkdə 5 yaşdan aşağı uşaqların məktəbəqədər təhsilə cəlbi nəzərdə tutula bilər”.
Bizim.Media xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” və digər məsələlərlə bağlı keçirilən brifinqdə deyib.
MÖVZU İLƏ BAĞLI:
“Hədəf məktəqədər təhsilə cəlb edilən uşaqların sayını 50 faizə çatdırmaqdır” – NAZİR
Onun sözlərinə görə, bu gün ölkədə 5 yaşlı uşaqların məktəbəqədər təhsildə göstəricisi 85 %-dir:
“Hədəfimiz bu göstəricinin 90 %-dən yuxarı qaldırılmasıdır”.
Nazir onu da qeyd edib ki, uşaq bağçaları ilə bağlı seçim kriteriyaları gələn il bir az da təkmiləşdiriləcək.
Alçina Amilqızı, Bizim.Media