“Azəristiliktəchizat” da əhalini CƏRİMƏLƏMƏYƏ başlayacaq - SƏBƏB

Hazırda oxunan: “Azəristiliktəchizat” da əhalini CƏRİMƏLƏMƏYƏ başlayacaq - SƏBƏB

85673

“Qışın tədarükünü yayadan görərlər” – Ata-babalarımız belə deyib. Yoxsa ki, noyabr ayında haray-həşir düşür, odun-ocaq, qaz dərdi başlayır ərşə çıxmağa. Paytaxtımızın istilik probleminin isə ucu-bucağı görünmür. 

Əslində, Bakı şəhərində istilik sistemləri ilə bağlı xaos yaşanır. Ötən əsrin sonlarında tikilmiş hündürmərtəbəli binaların çoxunda binadaxili istilik xəttləri ayrı-ayrı sakinlər tərəfindən sökülüb.

Bəzi mənzil sahibləri evlərini təmir etdirərkən dayaq istilik xəttlərini bu gün də kəsib çıxarırlar. Bundan əlavə, “Azəristiliktəchizat” ASC-nin abonenti olan bəzi sakinlər sui-istifadə hallarına gedirlər. Mənzillərində əlavə radiatorlar quraşdırır və yaxud “isti döşəmə” qururlar. Bu isə son nəticədə “Azəristiliktəchizat” ASC-nin işindəki keyfiyyət əmsalını aşağı salır və eləcə də digər abonentlərin hüquqlarını pozur.

Bu və digər problemlərin həlli üçün “Elektroenergetika haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” ölkə başçısı fərman imzalayıb. 
 

MÖVZU İLƏ BAĞLI:

İstilik sahəsi üzrə yeni cərimələr TƏTBİQ EDİLƏCƏK


“Azəristiliktəchizat” ASC məsələ ilə bağlı Bizim.Media-nın sorğusunu cavablandırıb. Qurumun cavabında deyilir:

“İstilik enerjisi sahəsində istehlakçı və enerji təchizatı müəssisəsinin hüquq və vəzifələri, texniki şərtlərin verilməsi, sayğacların quraşdırılması, hesablaşmaların aparılması, istilik enerjisinin verilməsinin dayandırılması, təchizatçı və istehlakçı arasında sərhədlərin məyyənləşdirilməsi kimi məsələləri tənzimləyən və ümumilikdə sistemin səmərəli fəaliyyətinə təsir edə biləcək hüquqi aktların hazırlanmasına böyük ehtiyac var idi. Məhz, ölkə başçısının imzaladığı adı çəkilən fərmanı bu sahədə münasibətlərin tənzimlənməsində əhəmiyyətli rol oynayacaq”.

“Azəristiliktəchizat”ASC-dən onu da bildiriblər ki, qanunvericiliyə edilən düzəliş və əlavələrə əsasən, bundan sonra istilik sahəsində qanunvericiliyin tələblərinin pozulmasının qarşısını almağa maneələr törədən istehlakçılar cərimə ediləcək:

“Cərimənin məbləği fiziki şəxslər üçün 20 manat, vəzifəli şəxslər üçün 50 manat, hüquqi şəxslər isə 100 manat olacaq”. 

Xatırladaq ki, indiyə qədər bu cərimə yalnız qaz və elektrik enerjisi sahələrində tətbiq edilirdi. Artıq demək olar ki, “Azəristiliktəchizat”ASC-nin səmərəli fəaliyyətini tənzimləyən qanun da, sərəncam da, hətta təsdiq olunmuş cərimə məbləği də var.

Bəs görəsən bu qış Bakıda və ölkəmizin iri şəhərlərində istilik olacaqmı? Səhimdar Cəmiyyət hansı işləri görməyi planlayıb?


Mövzunu davam etdirəcəyik.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin