APA-nın məlumatına görə, zəvvarlara xəbərdarlıq ziyarət üçün sənəd qəbulunun vaxtı ilə bağlıdır. Bildirilir ki, sənəd qəbulunun vaxtı bu ayın sonu ”“ iyulun 31-də yekunlaşır və ziyarətə getmək istəyən zəvvarlar sənədlərini təqdim etmək tələsməlidir. 31 iyul sənəd qəbulu üçün son tarix olacaq. Qeyd edək ki, bu il Azərbaycandan Həcc ziyarətinə səfər sentyabrın 11-i başlayacaq. Hazırda Həcc ziyarətinə sənədlərin qəbulu davam edir. Hər il olduğu kimi, bu il də zəvvarlara ziyarət iki formada təklif olunur. Daha yaxşı şəraitli hotellərdə qalmaq, bahalı yeməklərlə təmin olunmaq, o cümlədən hotellərdə 4 nəfərlik otaqlarda yerləşdirmə şərti təklif olunan variantın xərci 5750 dollar, nisbətən ucuz şəraitli, 6 nəfərlik otaqlı hotellərdə qalmaq üçün təklif olunan variant isə 4700 dollardır. Zəvvarlardan sənəd qəbulu üçün pasport, şəxsiyyət vəsiqəsinin surəti, 3x4 sm ölçüdə 4 ədəd fotoşəkil və sağlamlıq haqqında arayış tələb olunur. Sənədlərin qəbulu yalnız QMİ-də aparılır. Yaxın Şərqdə baş verən hadisələrlə əlaqədar olaraq ziyarət yalnız təyyarə ilə baş tutacaq. Uçuşları “AZAL”x9d həyata keçirəcək. Bu il ilk dəfə olaraq ziyarət xərcləri ABŞ dolları ilə aparılır.

- A-
- A
- A+
Cəmiyyət
12:12 / 13.07.2015
Həcc ziyarətinə gedənlərə xəbərdarlıq
Hazırda oxunan: Həcc ziyarətinə gedənlərə xəbərdarlıq
Hazırda oxunan: Həcc ziyarətinə gedənlərə xəbərdarlıq
85595
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.































































































