AMEA-nın fəaliyyətinə, daha doğrusu fəaliyyətsizliyinə dair növbəti süjet bu dəfə “Real” TV-də yayımlandı.
Artıq görünən odur ki, bu elm ocağının fəaliyyətsizliyi cəmiyyəti ciddi narahat etməyə başlayıb.
Mir Şahinin özünəməxsus ritorikaları ilə zəngin süjetdən çıxan məntiq də odur ki, Akademiya özünün yaşlı “sakinləri” ilə birgə qocalıb. Və Akademiya artıq müasir çağırışlara cavab vermir. Təbii ki, bu tip materialların manşetlərə daşınması onu göstərir ki, AMEA-ya qarşı cəmiyyətdə artıq bir etimadsızlıq var.
MÖVZU İLƏ BAĞLI:
“AMEA boş çoxluğa bərabərdir” - AzTV-dən sərt tənqid - VİDEO
Hər zaman hadisələrin və inkişafın önündə gedən Akademiya bu gün olayların arxasınca sürünür, müasir çağırışlardan geri qalır. Jurnalist həmkarımızın fikrincə “AMEA fəaliyyətsizdir, ya da elmi fəaliyyətsizdir.
Nə bir alababat iş var, nə də canlanmaya səbəb olacaq bir ixtira. AMEA ancaq intriqalar yuvasıdır”.
AMEA-da daha hansı xoşagəlməz proseslər getdiyini Mir Şahinin hazırladığı süjetdə aydın görmək olar. Təqdim edirik:
Bizim.Media