Yer kürəsi buzlaşacaq - Şok proqnoz

Hazırda oxunan: Yer kürəsi buzlaşacaq - Şok proqnoz

85521
Günəş alimləri bildiriblər ki, 2030-cu ildən “kiçik buzlaşma dövrü”x9d gözlənilir. 


Moderator.az AzadlıqRadiosuna istinadən xəbər verir ki, hazırda yeni texnologiyalar Günəş siklini daha dəqiq araşdrırmaq imkanı verir, bu araşdırmalar isə Günəşin “ürək döyüntüsündə”x9d son 11 ildə “aritmiya”x9d aşkar edib.

Günəş proqnozları verən yeni texnologiya göstərir ki, onun aktivliyi 2030-2040-cı illər arasında 60 faiz yavaşıyacaq, bu isə öz növbəsində “mini buzlaşma”x9d şəraiti yaradacaq.

Bu əvvəllər də olub

Belə bir hadisə artıq 1645-1715-ci illərdə baş verib.

Yeni araşdırmanın nəticələrini Britaniyanın Landudno şəhərində keçirilən Milli Astronomiya konfransında professor Valentina Zharkova təqdim edib.

Günəşin siklində hər 10-12 ildən bir dəyişikliklərin baş verməsi elmə 1843-cü ildən məlum idi.

Astrofiziklər bunu Günəşin dərin qatlarındakı “dinamo-mühərrikin”x9d axınları ilə izah edirlər.

Professor Zharkova-nın alimlər qrupu Günəşdə onun səthinə yaxın ikinci “dinamo-mühərrikin”x9d olduğunu kəşf edib.

Alimlər həmçinin Günəşin şimal və cənub yarımkürələri arasında iki axının maqnit dalğalarını da aşkar ediblər.

Dəqiq proqnoz

Professor Zharkova bildirir ki, onlar Günəş daxilindəki iki maqnit dalğasını toplamaq və onu Günəş fəaliyyətinin son illərdəki göstəriciləri ilə tutuşdurmaqla 97 faiz dəqiqliyi olan proqnoz qura biliblər.

Maqnit dalğalarının davranışı göstərir ki, yaxın iki günəş sikli arasında daha az ləkələr müşahidə olunacaq.

Bu isə 2022-ci ildə pikə çatacaq 25-ci sikl və 2030-2040-cı illəri əhatə edən 26-cı sikl dövründə Günəşin “soyuması”x9d baş verəcəyini göstərir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin