Təhsildə inkişaf və innovasiyalar üzrə VI qrant müsabiqəsinin nəticələri açıqlandı

Hazırda oxunan: Təhsildə inkişaf və innovasiyalar üzrə VI qrant müsabiqəsinin nəticələri açıqlandı

85513

Azərbaycan Prezidentinin sərəncamı ilə təsis edilən və hər il keçirilən təhsildə inkişaf və innovasiyalar üzrə qrant müsabiqəsinin builki nəticələri açıqlanıb. 

Təhsil Nazirliyindən Bizim.Media-ya verilən məlumata görə, müsabiqəyə ümumilikdə 1101 layihə təqdim edilib ki, bu da ötən illə müqayisədə 130 layihə çoxdur.

Daxil olan layihələrin 256-sı ümumi təhsil müəssisələrinin, 845-i təhsilverənlərin fərdi layihələri olub. Bütün layihələr ekspert qrupları tərəfindən 100 ballıq şkala ilə 9 meyar əsasında qiymətləndirilib və ən yüksək bal toplayan 299 layihəyə qrant verilməsinə dair qərar qəbul edilib.
Bu isə ötən illə müqayisədə 120 layihə daha çoxdur. Qrant verilməsi nəzərdə tutulan layihələrin 65-i ümumi təhsil müəssisələrinin, 234-ü təhsilverənlərin fərdi layihələridir. 

Müsabiqənin nəticələri barədə bildirişlər, o cümlədən hər meyar üzrə layihənin topladığı ballar müsabiqə iştirakçılarının şəxsi kabinetlərinə göndərilib. Nəticələrindən razı qalmayan müsabiqə iştirakçıları şəxsi kabinetlərinə göndərilmiş bildirişlərdəki təlimata uyğun olaraq apellyasiya müraciəti edə bilərlər. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin