Xaçmazda Vətən Müharibəsi qazisinə vəzifə verildi - FOTO  

Hazırda oxunan: Xaçmazda Vətən Müharibəsi qazisinə vəzifə verildi - FOTO  

85498

Xaçmaz rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev Vətən Müharibəsi qazisi, rayonda hamınım vətənpərvər insan kimi tanıdığı Tariyel Didarova rayon İH-də yeni vəzifə verib.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, E.Rzayevin əmri ilə T.Didarov İcra Hakimiyyəti aparatının ictimai-siyasi məsələlər və humanitar şöbəsinin baş məsləhətçisi təyin edilib.  

Ötən ilin sentyabr ayında müsahibimiz olan qazi mayor T.Didarov ona göstərilən etimadı doğruldacağına söz verib. O, Vətən Müharibəsində uğurlu xidmətdən sonra rayonun Əhmədoba kənd məktəbində hərbi rəhbər işləyib. 
Vətən Müharibəsindəki döyüş xidmətlərinə görə, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən 4 döyüş medalı ilə təltif edilən T.Didarov bədənində qəlpələr olsa belə, hər an Ali Baş Komandanın əmrinə hazır olduğunu bəyan edib.  

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin