Dövlət başçısının tapşırıqları əsasında son illər aparılan köklü sosial islahatlar sosial ödənişlərin, o cümlədən Prezidentin aylıq təqaüdü ilə təmin olunanların da əhatə dairəsini xeyli genişləndirib.
Bu barədə Bizim.Media-ya Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən xəbər verilib.
Bildirilib ki, 2022-ci ilin 1 iyul tarixinə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Prezidentin aylıq təqaüdü ilə təmin edilən şəxslərin sayı ötən ilin müvafiq dövrünə (286,7 min nəfər) nisbətən 26,3 faiz, 4 il əvvələ (58 min nəfər) nisbətən isə 6,2 dəfə artaraq 362 minə çatıb.
Qeyd edək ki, son 4 ildə sosial ödənişlərin ciddi şəkildə artırılması ilə yanaşı, yeni təqaüd növləri də yaradılıb: müharibə veteranları, birinci dərəcə əlilliyi olan şəxslərə və əlilliyi olan 18 yaşadək şəxslərə qulluq edənlər, digər kateqoriyalar üçün aylıq təqaüdlər təsis olunub.
Eyni zamanda, 44 günlük Vətən müharibəsindən sonra sosial dəstək tədbirləri çərçivəsində həmin müharibənin şəhidlərinin ailə üzvləri, Vətən müharibəsinin veteranları, o cümlədən Vətən müharibəsi əlillərindən ibarət 94 min şəxsə 104 min sosial ödəniş təyin olunub. Həmin ödənişlərin mühüm hissəsini Prezidentin aylıq təqaüdləri təşkil edib.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
12:20 / 26.07.2022
Prezident təqaüdü alanların sayı 6,2 dəfə artıb
Hazırda oxunan: Prezident təqaüdü alanların sayı 6,2 dəfə artıb
Hazırda oxunan: Prezident təqaüdü alanların sayı 6,2 dəfə artıb
85491
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.