Plastik qablarda satılan SU və ŞİRƏLƏR: Günəş şüaları altında bilirsiniz, nə baş verir?

Hazırda oxunan: Plastik qablarda satılan SU və ŞİRƏLƏR: Günəş şüaları altında bilirsiniz, nə baş verir?

85485

Yəqin ki, hər birimiz bir çox köşk və marketlərdə içkilərin birbaşa günəş şüalarının altında yerləşdirilərək satışa çıxarıldığına şahidlik etmişik. Bəzi hallarda içkilər soyuducuya yerləşdirilsə belə,yenə də günəş şüalarının təsirinə məruz qalır.

Xüsusilə də, içkilərin əksəriyyətinin plastik qablaşdırmada olması təhlükəni daha da böyüdür. Bəs, bu cür içkilərin insan orqanizminə hansı zərərləri var?

Araşdırmalara görə, qazlı, yaxud qazsız olmasından asılı olmayaraq, sular şüanın və temperaturun təsirinə məruz qalır. Nəticədə həmin materiallarda dəyişiklik baş verir. Bu dəyişiklik zamanı əmələ gələn və ayrılan maddələr isə məhsulun tərkibinə qarışır. Nəticədə insan zərərli maddələrlə çirklənmiş içkini qəbul edir. Bu zaman istehlakçının zəhərlənməsi, hətta gec müdaxilə edilərsə, ölməsi də baş verə bilər.

Mövzu ilə bağlı Bizim.Media-ya danışan qida məsələləri üzrə mütəxəssis Ağa Salamovun sözlərinə görə, suların günəş şüaları altında qalması birmənalı olaraq yolverilməzdir:

“Çünki istər rəngli, qazlı, istərsə də adi sular günəş şüalarından mütləq şəkildə uzaqda tutulmalıdır. Adətən sular plastik qablarda yerləşdirilir. Günəş şüalarının təsiri altında plastik qabların tərkibindəki zəhərli maddələr birbaşa içki ilə təmasda olur və bu, insan orqanizminə təsirsiz ötüşmür. Ona görə də, içkilərin günəş düşməyən yerdə, otaq tepmeraturundan aşağı, yəni 20 dərəcənin altında saxlanması vacibdir. Yəni bu temperaturdan yuxarı olan içkilər də mədə bulantısına və digər narahatlıqlara səbəb ola bilər”.

Ekspert şüşə qablardakı içkilərin belə günəş şüalarına məruz qalmasının təhlükəli olduğunu qeyd edib:

“Çünki bu cür qablarda olan içkilərdə günəş şüalarının təsiri altında çöküntü əmələ gəlir ki, bu da insan orqanizminə təsirsiz ötüşmür. Ona görə də, ən yaxşı halda ultrabənövşəyi şüaları keçirməyən, tünd rəngli şüşələrə üstünlük verilməlidir. Onlar da, təbii ki, daha bahadır, insanlarsa ucuz məhsullara daha çox yönəlir. 
 

Eyni zamanda şüşə və plastik qabda satılan suların tərkibinin eyni olmadığını da qeyd etməliyik. Doğrudur, günəş şüaları altında qaldıqda, kimyəvi reaksiyalar gedir. Lakin isti şəraitdə saxlanılan içkilər, ultrabənövşəyi şüalara məruz qalmasa belə, buxarlanma gedir. Bu da suyun zəhərli kimyəvi maddələri özünə çəkməsinə səbəb olur”.


Ağa Salamov istehlakçıların bu istiqamətdə maariflənməsinin vacib olduğunu da fikirlərinə əlavə edib.

Murad Əhmədov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin