Mövlan Əliyev: “ “Ümummilli paz”x9d-ın admini deyiləm”x9d

Hazırda oxunan: Mövlan Əliyev: “ “Ümummilli paz”x9d-ın admini deyiləm”x9d

85400
Azvision.az saytı araşdırma apararaq son zamanlar  cəmiyyətdə müzakirə mövzuzu olan “Ümummilli Paz”x9d facebook səhifəsinin adminlərinin kimliyi haqda məlumat yayıb. 

Saytın iddiasına görə, hazırda ABŞ - da yaşayan soydaşımız Mövlan Əliyev “Ümummilli paz”x9d səhifəsinin adminidir. 

Moderator.az- məsələ ilə bağlı ABŞ - da yaşayan soydaşımızla əlaqə yaradaraq iddialara aydınlıq gətirib. Mövlan Əliyev yayılan xəbərlərin doğru olmadığını bildirib:

“Mən 3 ildir ki, Azərbaycanı tərk etmişəm, qeyd olunan facebook səhifəsi ilə  heç bir əlaqəm yoxdur.  O saytın yazdığı heç bir cümlədə həqiqət yoxdur, Azərbaycanda deyiləm, qayıtmaq fikirim də yoxdur. Ölkədə baş verən hər hansısa hadisə mənim marağımda deyil.”x9d 

Qeyd edək ki, Mətbuat Şurasının sədri Əflatun Amaşov ötən ay verdiyi açıqlamasında "Ümummilli paz" səhifəsini tənqid edərək bu səhifənin bağlanması üçün facebook rəhbərliyinə müraciət olunacağını bildirmişdi.

Xəyal Əzizov
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin