Vilyam Hacıyevin evindən çıxan milyonların aqibəti necə olacaq?

Hazırda oxunan: Vilyam Hacıyevin evindən çıxan milyonların aqibəti necə olacaq?

85306

İmişli rayon İcra Hakimiyyətinin sabiq icra başçısı Vilyam Hacıyevin evindən çıxan pullar dövlət nəfinə ödəniləcək. 

Bizim.Media xəbər verir ki, bu barədə bu gün Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmündə qeyd olunub. 
 

MÖVZU İLƏ BAĞLI:

Vilyam Hacıyevin milyonlarla qiyməti olan əmlaklarının üzərinə həbs qoyuldu - SİYAHI


Vilyam Hacıyevə məxsus mənzilə və xidməti otağına baxış zamanı aşkar olunaraq götürülən 23.06.2021-ci il tarixinə olan Mərkəzi Bankın məzənnəsinə əsasən, 6 298 834 manat ekvivalentində 2 504 057 ABŞ dolları və 1 006 470 avro, 365 ingilis funt sterlinq, 60 İsveçrə frankı, 455 türk lirəsi, 1 970 BƏƏ dirhəmi, 19 350 Rusiya rublu şəklində xarici valyutalar və 55 550 manat olmaqla cəmi 6 354 384 manat məbləğində nəğd pul vəsaiti dövlət nəfinə ödəniləcək.

Vilyam Hacıyev Bakı Ağır Cinayət Məhkəməsinin hökmü ilə 12 il azadlıqdan məhrum edilib. 

Eldar Məmmədli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin