Şamaxıda 2 yeniyetmənin göldə boğulması ilə bağlı rəsmi AÇIQLAMA

Hazırda oxunan: Şamaxıda 2 yeniyetmənin göldə boğulması ilə bağlı rəsmi AÇIQLAMA

85302

20 iyul 2022-ci il tarixdə Şamaxı rayonu ərazisində yerləşən süni göldə üç nəfər yetkinlik yaşına çatmayan şəxsin suda boğulması barədə rayon prokurorluğuna məlumat daxil olub.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Şamaxı rayon prokurorluğu yayıb.

İlkin araşdırmalarla müəyyən olunub ki, Şamaxı rayon sakinləri 2008-ci il təvəllüdlü Rəvan Mirzəyev, 2006-cı il təvəllüdlü Ağaqardaş Rəhimov və Fərid Rəcəbov rayonun Əhmədli kəndində Pirsaat çayının yatağında sahibkarlıq fəaliyyəti ilə məşğul olan Sərxan Osmanov tərəfindən aidiyyəti dövlət orqanlarından rəsmi icazə alınmadan və müvafiq təhlükəsizlik tədbirlərinə əməl edilmədən ödənişli çimərlik kimi istifadəyə verilən süni yaradılmış göldə çimərkən suda boğulmuşlar, nəticədə Ağaqardaş Rəhimov və  Rəvan Mirzəyevin həyatlarını xilas etmək mümkün olmayıb.

Faktla bağlı Şamaxı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.3-cü (səhlənkarlıq, ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

İş üzrə istintaq davam edir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin