Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST Rəqəmsal İnnovasiyalar Mərkəzi tərəfindən (DOST RİM) bu il 15,6 min pensiya, 144,1 min müavinət və təqaüd təyinatı proaktiv qaydada həyata keçirilib.
Bizim.Media xəbər verir ki, bunu DOST Rəqəmsal İnnovasiyalar Mərkəzinin direktoru Kənan Əkpərov Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən xidmətlərin elektronlaşdırılmasına dair görülmüş işlər və hədəflərlə bağlı keçirilən mətbuat konfransında çıxışı zamanı deyib.
O bildirib ki, xidmətlərin proaktiv qaydada həyata keçirilməsi nəticəsində pensiya, müavinət və təqaüdlər onları almağa hüququ yaranmış vətəndaşların müraciət və sənəd təqdim etmələrinə ehtiyac olmadan, məmur-vətəndaş təması baş vermədən elektron qaydada təyin edilir.
K. Əkpərov həmçinin bildirib ki, ümumilikdə ƏƏSMN-nin həyata keçirdiyi 175 xidmətdən 110-u elektron, o cümlədən 46-sı proaktivdir. 30 arayış növü elektronlaşdırılıb.
Bu ilin ilk 6 ayında Nazirliyin elektron xidmətlərinə 125 milyondan çox müraciət qeydə alınıb. İlin əvvəlindən ölkənin vahid sosial reyestri olan e-sosial.az portalına 6 milyon 829 935 müraciət daxil olub.
“Android” və “İOS” əməliyyat sistemlərində də fəaliyyət göstərən portalda qeydiyyatdan keçən aktiv istifadəçilərin sayı da 1.2 milyondan çoxdur. Portalın “Android” platforması üzrə yüklənmə sayı 61 mini, “İOS” platformasi üzrə isə 23 mini keçib.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
11:17 / 25.07.2022
Bu arayışlar elektronlaşdırıldı
Hazırda oxunan: Bu arayışlar elektronlaşdırıldı
Hazırda oxunan: Bu arayışlar elektronlaşdırıldı
85277
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.