Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.
FHN-dən Bizim.Media-ya verilən məlumata görə, “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 40 yanğına çıxış və 10 halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.
Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.
FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində 3-ü azyaşlı olmaqla 11 nəfər xilas edilib. Yanğınlar zamanı 2 nəfərin meyiti aşkar olunub, 3 nəfər xəsarət alıb.
Həmçinin, Taxtakörpü-Ceyranbatan kanalının Sumqayıt şəhəri, Hacı Zeynalabdin qəsəbəsi ərazisindən keçən hissəsində batması ehtimal olunan 2005-ci il təvəllüdlü Əliyev Fikrət Məhərrəm oğlunun meyiti Ceyranbatan su anbarında aşkarlanıb və çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
10:30 / 25.07.2022
Ötən sutka 40 yanğın olub, 11 nəfər xilas edilib
Hazırda oxunan: Ötən sutka 40 yanğın olub, 11 nəfər xilas edilib
Hazırda oxunan: Ötən sutka 40 yanğın olub, 11 nəfər xilas edilib
85259
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.