“Zəngilana həyat yenidən qayıdır. Bu günlərdə ilk köçün həyata keçirildiyi Zəngilanda bərpa-quruculuq və köçürülən əhalinin rifahının yaxşılaşdırılması üçün işlər sürətlə davam etdirilir. İşğal illərində tamamilə dağıdılmış Zəngilanın hazırda bərpası bütünlüklə Dayanıqlı İnkişaf Məqsədlərinə uyğun şəkildə həyata keçirilir”.
Bizim.Media xəbər verir ki, bu sözləri Şərqi Zəngəzur İqtisadi rayonuna daxil olan Zəngilan rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev bildirib.
“Zəngilanın Ağalı kəndinə 45 nəfərdən ibarət 10 ailənin köçürüləcəyi üçüncü köç prosesi həyata keçirilib. Ümumilikdə 41 ailənin 201 üzvünün köçürülməsi nəzərdə tutulan Ağalı kəndinə əhalinin sosial rifahının yaxşılaşdırılması üçün məşğulluq məsələləri, başda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi olmaqla dövlət qurumlarının xüsusi nəzarəti altındadır. Birinci və ikinci qruplarla köçürülən əhalinin artıq bir hissəsi işlə təmin edilib. Yaxın günlərdə əmək yarmarkasının da keçirilməsi planlaşdırılır və əmək qabiliyyətli əhalinin qalan digər hissəsinin də işlə təmin edilməsi nəzərdə tutulur”, - deyə Vahid Hacıyev vurğulayıb.
Hazırda Ağalı kəndində 200 evin inşası başa çatdırılıb, daha 150 evin, o cümlədən ikimərtəbəli, üçmərtəbəli mənzil tipli evlərin tikilməsi də planlaşdırılır. Bundan başqa, uşaq bağçası, məktəb və bir neçə inzibati bina da istifadəyə verilib.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
17:15 / 24.07.2022
“Ağalı kəndində daha 150 ev tikiləcək” - Prezidentin xüsusi nümayəndəsi
Hazırda oxunan: “Ağalı kəndində daha 150 ev tikiləcək” - Prezidentin xüsusi nümayəndəsi
Hazırda oxunan: “Ağalı kəndində daha 150 ev tikiləcək” - Prezidentin xüsusi nümayəndəsi
85194
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.