AŞPAZ BÜRCLƏR – Ən yaxşı yeməkləri kim bişirir?

Hazırda oxunan: AŞPAZ BÜRCLƏR – Ən yaxşı yeməkləri kim bişirir?

85088

Bəzi insanlar haqqında el arasında “əlinin duzu var” ifadəsi tez-tez səsləndirilir. Bəziləri isə nə qədər çalışsalar da dadlı yeməklər bişirməyi bacara bilmirlər. 

Bizim.Media xəbər verir ki, insanların hansı bürc altında doğulmaqları onların mətbəx vərdişlərinə birbaşa təsir edir.

Bürclərin aşpazlıq bacarıqlarını təqdim edirik:

Qoç

Dəbdəbəli, təmtəraqlı yeməklər üçün heç vaxt Qoç bürcünü mətbəxə gətirməməlisiniz. Qoçun mətbəxdə edə biləcəyi şeylər sadə, “fast food” və ən əsası qarışmayacaq yeməklərdir. Çünki onlar öz yöndəmsizliyinə görə qabları sındıra bilirlər.

Buğa 

Yemək deyərkən ağıla ilk gələn adlar Buğa bürcüdür. Buğa bürcü mətbəxdə çox ustadır. Buğalar yemək bişirəndə belə stereotip reseptlərlə deyil, öz normalarına uyğun bişirirlər və nadir hallarda uğursuz olurlar.

Əkizlər

Yaxşı aşpaz hesab oluna bilməzlər. Bununla belə, onlar hər şeylə maraqlandıqları üçün mətbəxlərində fərqli, sınanmamış, ekssentrik şeylər sınamağı xoşlayırlar. Yalnız Əkizlər bürcü yemək bişirərkən heç vaxt telefonla danışmamalıdır, çnüki söhbətə qapılma riski səbəbindən yeməyin dibini asanlıqla yandıra bilər.

Xərçəng

Xərçənglərin həyatında mətbəxin xüsusi yeri var. Xərçənglər hazırladıqları yeməklər sona qədər yeyilmədikdə xüsusilə əsəbiləşirlər. Onlar ənənəvi yeməkləri hazırlamağı sevirlər. Çünki onlar yeni şeylər və yeniliklər sınamağa daha çox şübhə ilə yanaşırlar. 

Şir 

Şir bürcü mətbəxə girəndə ziyafətə bənzər yemək və süfrə hazırlayırlar. Yaradıcılıqlarını nümayiş etdirə biləcəklər yeməkləri sınamağı sevirlər. Tək bişirəcəkləri yeməklər pis olsa belə, onu uğurla qablaşdırmağı bacarırlar. Hazırladıqları süfrə isə dəbdəbəli və təmtəraqlı olacaq.

Qız

Həyatlarında olduğu kimi mətbəxdə də çox vasvası, nizamlı, səliqəli və təmizdirlər. Əslində onların mətbəxinə girəndə 'Görəsən burada əvvəllər yemək bişirilibmi?', deyə düşünməyə bilməzsən. Yemək və süfrə ilə bağlı detallara çox diqqət yetirirlər. Yeməklərin təqdimatı da daxil olmaqla, hər şeyi mükəmməl etmək üçün əllərindən gələni edirlər. 

Tərəzi 

Zəriflik, incəlik və mehribanlıqlarını mətbəxlərində də çox yaxşı nümayiş etdirirlər. Tərəzi üçün uyğunluq çox vacibdir. Rəng harmoniyası, ölçülərin harmoniyası. Bişirdikləri yeməklər pis olsa belə, estetik baxımdan ecazkar süfrələri ilə sizi valeh edə bilərlər. Ancaq düşünməyin ki, onlar mətbəxdə zaman keçirməkdən həzz alırlar.

Əqrəb

Mədələrinə düşkün olan əqrəblər xüsusilə ət yeməklərində çox ustadırlar. Ümumilikdə isə mətbəxdə olduqca sürətlidirlər. Dəqiqələr içərisində yemək hazırlamağı ən yaxşı onlar bacarırlar. Lakin təqdimat məsələsində o qədər də bacarıqlı deyillər. Ona görə də əqrəblərin bişirdikləri yeməyə baxanlar ilk baxışdan dadından şübhə edə bilərlər.

Oxatan

Sürətli və praktik insanlardır. Yarım saatdan sonra dərhal üç yeməkdən ibarət süfrəni hazır vəziyyətə bilərlər. Reseptlərin onlar üçün heç bir əhəmiyyəti yoxdur. Tamamilə improvizasiya edir və yemək hazırlayarkən bütün inqrediyentlərdən istifadə edirlər. Əgər oxatanların hazırladığı süfrəyə əyləşmisinizsə, yeməkdən həzz alacağınıza əmin ola bilərsiniz.

Oğlaq 

Həyatlarında olduğu kimi mətbəxdə də hakimdirlər və öz qaydalarına riayət etməyi xoşlayırlar. Yeniliklərə o qədər də açıq olmayan bu bürcün nümayəndələri, ümumiyyətlə, ənənəvi yeməklər bişirməyə üstünlük verirlər. Adi dadlardan çox şey gözləməyə dəyməz. Onlar hər şeyi müəyyən ölçü və sifariş əsasında edirlər.

Dolça 

Yemək bişirməyi və tək yemək yeməyi xoşlamırlar. Onların mətbəxləri və masaları da dolu olmalıdır. Yemək bişirərkən kiminsə onlara kömək etməsindən zövq alırlar. Mətbəxlərində yeniliklərə çox açıq olan dolçalar eyni yeməkləri hər kəsdən fərqli bişirməyi və hər kəsdən fərqli dadlarda təqdim etməyi sevirlər. Xüsusilə souslar məhz onlar üçündür. 

Balıq

Əgər yemək bişirməyə həvəsləri varsa əla bişirə bilirlər. Xüsusilə yeməklərinin təqdimatına böyük əhəmiyyət verirlər. Bu mövzuda kifayət qədər idealistdirlər. Əgər dərgidəki hər hansı yeməyi bişirirlərsə, onun görüntüsü dərgidəki ilə eyni olmalıdır. Xəmir yeməkləri və şirniyyat hazırlamaqda mahirdirlər.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin