Bu ilin yanvar-iyun aylarında 160 min pensiya, müavinət və təqaüd təyinatı elektron infrastruktur üzərindən, proaktiv qaydada həyata keçirilib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Bizim.Media-ya verilən xəbərə görə, 2019-cu ilin əvvəlindən başlayaraq həmin sosial ödənişlərin təyinatı elektronlaşdırılıb.
Məlumatda həmçinin qeyd olunub ki, bu da vətəndaşların sosial təminat növlərinə hüquqları yarandığı halda müraciət olunmadan və sənəd təqdim edilmədən onlara müvafiq təyinatların e-qaydada aparılmasına imkan verib.
Bildirilir ki, ötən dövrdə 64 mini pensiya, qalanı müavinət və təqaüd olan 430 minədək təyinat e-sistem üzərindən proaktiv qaydada aparılıb.
Bizim.Media