Cinsi azlıqla bir maşına minmək istəmədi, cərimələndi

Hazırda oxunan: Cinsi azlıqla bir maşına minmək istəmədi, cərimələndi

85075

Bakıda Malakan bağında gənclər arasında insident yaşanıb.

Bizim.Media xəbər verir ki, həmin ərazidə 23 yaşlı Fuad Ağayev (şərti) cinsi azlıq nümayəndəsi C.S. ilə mübahisə edib.

“Qafqazinfo.az"ın məlumatına görə, polis əməkdaşları onlara yaxınlaşaraq məsələni aydınlaşdırmağa çalışıblar.

Bu zaman hər iki şəxs Səbail RPİ-nin 39-cu Polis Bölməsinə dəvət olunub.

F.Ağayev cinsi azlıq nümayəndəsi ilə bir maşına minmək istəmədiyini bildirib. Polis əməkdaşları onu məcburi şəkildə bölməyə aparmağa çalışarkən F.Ağayev polis maşınının şüşəsinə zərbə vurmaqla ziyan yetirib.

Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi (polisin qanuni tələbinə tabe olmama) ilə protokol tərtib olunub və baxılması üçün Səbail Rayon Məhkəməsinə göndərilib. Məhkəmə həmin şəxsin inzibati xətanı törətməsinin sübuta yetirildiyi qənaətinə gəlib.

Qərara əsasən, F.Ağayev 200 manat məbləğində inzibati cərimə olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin