Ağır xəstəliyə düçar olan Xoşqədəm Hidayətqızı Vəsiyyət etdi

Hazırda oxunan: Ağır xəstəliyə düçar olan Xoşqədəm Hidayətqızı Vəsiyyət etdi

85043
Tanınmış jurnalist Xoşqədəm Hidayətqızı “İnstagram”x9d səhifəsində yazdığı sözlərlə hər kəsi təəccübləndirib.
 
Publika.az xəbər verir ki, “Studiyada öləcəyəm”x9d deyən ANS-in aparıcısı adını çəkmədiyi dəhşətli xəstəliklə bağlı xarici ölkələrin birinə müayinəyə gedəcəyini yazıb:
 
“Düz üç il əvvəl həkim yoxlamanın nəticələrini mənə izah edərkən çox üzülmüşdü. Dedi ki, sən güclüsən, bunun da öhdəsindən gələcəksən. Xəstəxanadan çıxdım, kimə zəng edim, kiminlə məsləhətləşim dedim. Evə zəng etməyə cəsarətim olmadı.
 
Çünki ailəmin nə qədər üzüləcəyinə əmin idim. Bəlkə bir saat yağışın altında gəzdim və sonunda əvvəl çalışdığım iş yoldaşlarımın birinə zəng etdim. O da mənə “sən güclüsən”x9d dedi. Doğrudan güclüyəmmiş, üç il həkimin söylədiklərinin 50 faizini etdim. İş, iş, iş... Hətta mən deyirdim ki, studiyada öləcəm. Keçən ay növbəti yoxlamada həkim bildi ki, onun məsləhətlərinin 50 faizini etmişəm. Hansı ki, stressdən tamam uzaq olmalıydım. Hətta son aylarda yaşadığım stress.
 
İndi yoxlamaya gedirəm. Ümid edirəm yenə hamı deyəcək ki, sən güclüsən.
 
Allah eləməsin, ölüm. Bax onda, o dünyada çatlayaram. Çünki mənə pislik edənlər və haqqımda yazanlar, yazdıranlar çox “üzüləcək”x9d. Axı var belələri, öldükdən sonra deyirlər ki, o, yaxşı insan idi.
 
Həmişə uzaq yola çıxarkən hər kəslə görüşürəm. Nə borcum varsa, yazmışam. Yaxınlarıma demişəm. Beş gündür yenə haqq-hesab kitablarını vərəqləyirəm. Deyəsən, mən yenə studiyada öləcəyəm”x9d.
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin