Balaca Fərəhi bizə tanıdan, sevdirən və ağladan fotosu məzar daşında - FOTO

Hazırda oxunan: Balaca Fərəhi bizə tanıdan, sevdirən və ağladan fotosu məzar daşında - FOTO

85013
Bakıda dəhşətli bina yanğınında ölümü ilə hər kəsi sarsıdan Fərəhlə bağlı daha bir ürək sızladan foto paylaşılıb. 

Milli.az-ın məlumatına görə, 3 yaşlı Fərəhin budəfəki şəkli əvvəlkilərindən fərqli və kədərlidir. Onun gülərüz halda çəkildiyi şəkli məzar daşına döyülüb. 

Mayın 19-da Azadlıq prospektində bina yanğınında dünyasını dəyişən Fərəh Məhərrəmova Quba şəhər qəbristanlığında dəfn olunub.

Balaca Fərəh dəhşətli yanğın zamanı anası ilə evdə olub. Anası Günay Məhərrəmova yanıq xəsarətləri ilə Toksikologiya Mərkəzinə aparılandan sonra hadisə yerinə çatan ata körpəni tapa bilməyib. Bütün xəstəxanaları gəzərək övladını axtaran Elnur Məhərrəmovla birlikdə mediadan bu xəbəri izləyən hər kəs onun sağ-salamat tapılacağına ümid etsə də, sonda Fərəhin ölüm xəbəri gəldi.
Fərəh Məhərrəmova xilasedicilər tərəfindən çıxarılaraq təcili yardım həkimlərinə təhvil verilsə də, həkimlər onu xilas edə bilməyiblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin