Həsən bəy Zərdabi Axundzadəni nə üçün tənqid edirdi? – TARİXİ MƏKTUB 

Hazırda oxunan: Həsən bəy Zərdabi Axundzadəni nə üçün tənqid edirdi? – TARİXİ MƏKTUB 

84944

Milli mətbuatımızın banisi Həsən bəy Zərdabinin dahi dramturq Mirzə Fətəli Axundzadəyə yazdığı məktub üzə çıxıb.

Bizim.Media xəbər verir ki, Azərbaycanın Bosniya və Hersoqovinadakı fövqəladə və səlahiyyətli səfiri, sabiq xarici işlər naziri Vilayət Quliyev bu barədə sosial şəbəkə hesabından paylaşım edib.

Diplomatın araşdırmasına görə, Zərdabi ömrünün sonunda yorulmuş, ruhdan düşüb bir kənara çəkilmiş Mirzə Fətəliyə 1876-cı ildə göndərdiyi məktubda yazırdı:
 

MÖVZU İLƏ BAĞLI:

Sümükləri qəbrdən çıxarıldı, ailəsinə verildi - Həsən bəy Zərdabi haqqında 10 MARAQLI FAKT


“Sizə açığını deməliyəm: təəccüblənirəm ki, nə üçün başqaları yaşları ötdükcə daha müdrik olurlar, əsərləri daha ciddi xarakter alır, Siz isə əksinə, özünüz də etiraf etdiyiniz kimi, əlinizə qələm ala bilmirsiniz... Nə isə, bu öz işinizdir. Amma düşünməyin ki, xalqın maarifləndirilməsi bir-iki pyes, yaxud məqalə ilə başa gələn məsələdir. Yox, burada iş həddindən artıq çoxdur. Bu işin yerinə yetirilməsi üçün bir nəfərin deyil, hətta onlarla rəhbərin də fəaliyyəti azdır. 

Bəlkə belə bir sual qarşınızı alır ki, nə üçün başqası deyil, məhz Siz, özü də heç kəsdən quru bir “sağ ol!” eşitməyə də ümid bəsləmədən bu işlə məşğul olmalısınız?

Əgər belə düşünürsünüzsə, o zaman Sizə izah etməliyəm: xalqa, öz yaxınlarına, cəhalət girdabında boğulan insanlara köməkdən söhbət gedərkən belə düşüncələrə ümumən yer olmamalıdır. Özünü xalqın maariflənməsinə həsr etmək istəyən şəxsi bu cür fikirlər qətiyyən yolundan saxlamamılıdır”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin