“İcra başçıları Vüqarın qarşısında farağat dayanırdı” – Partiya sədrindən şok faktlar

Hazırda oxunan: “İcra başçıları Vüqarın qarşısında farağat dayanırdı” – Partiya sədrindən şok faktlar

8493

“Vüqar Səfərli vaxtı ilə bizim qəzetdə (Hürriyyət) işləyib, amma bəzi nöqsanlara görə, qəzetdən uzaqlaşdırmışıq. Sonra o, hansısa yollarla gedib, KİVDF rəhbərliyinə çıxıb. Vüqar 10 il bizim qəzeti müxtəlif bəhanələrlə dövlət yardımından məhrum edib. Prezidentə müraciət edəndən sonra qəzetimizə 6 ayda cəmi 9 min manat pul ayrıldı. Halbuki adı olub, özü olmayan nəşrlərə yarım ildə əvvəlcə 60 min ABŞ dolları, sonra isə 60 min manat maddi vəsait verilirdi.”

Bu fikirləri Bizim.Media-ya açıqlamasında Azərbaycan Demokrat Partiyasının sədri, “Hürriyyət” qəzetinin təsisçisi Sərdar Cəlaloğlu bildirdi.
 

MÖVZU İLƏ BAĞLI:

Jurnalistlər Vüqar Səfərlinin həbsini belə qarşıladılar – Vüqar həbs edildi, Əli haradadır?


"Jurnalistlərə ev verilməsi ilə bağlı da “Hürriyyət” qəzetinin müraciətlərinə göz yuman Vüqar Səfərli çox mənzili 10 min manat müqabilində başqa jurnalistlərə verirdi",- deyən Sərdar Cəlaloğlu xatırlatdı ki, onun qəzetinin mənzil üçün müraciət edən əməkdaşları əsasən qaçqın və məcburi köçkünlər idi.

Yəni Vüqar Səfərli “Jurnalistlər bina”sının bir çox mənzilini həmin dövr üçün evə daha çox ehtiyacı olan qələm sahiblərinə yox, nəyinsə müqabilində mühasiblərə, katibələrə verirdi. 

“Dövlətin mətbuata ayırdığı pullar hamısı bu cür dağıdılırdı. O da, özü üçün nəhəng bir maliyyə imperiyası yaradaraq müxtəlif şirkətlərə başçılıq edirdi. Ova gedirdi, icra başçıları onun qarşısında farağat dayanırdılar. Qeyri-adi dərəcədə özünü harınlamış bir maqnat kimi aparırdı. Vüqar Səfərli KİVDF-də bir neçə adamla birləşib, faktiki olaraq mətbuata ayrılan bütün vəsaitin hamısını oğurladı.”

Bildiyimiz kimi, Vüqar Səfərli həm də “Əli Həsənov klanı”nın ən lazmlı kəslərindən biri idi. İcra başçılarının saxlanılma əməliyyatlarını yada salsaq, görərik ki, proses davamlı və müəyyən axar üzrə gedirdi.

Buna görə də, Vüqar Səfərlinin həbsi müəyyən ehtimallar yaradır – oğlu ABŞ-da bizneslə məşğul olan Əli Həsənov da tutulacaqmı? Bu haqda Sərdar Cəlaloğlu düşünür ki,

“Onun rəhbərlik etdiyi fondun bütün üzvləri həmin cinayətlərdə aktiv iştirak edib. Çünki orada yalnız Vüqar Səfərli qərar qəbul etmirdi. Hər halda Vüqarın verdiyi ifadələrdən asılıdır. Əgər desə ki, bu işlərə məni kimsə məcbur edib, yəqin ki həbsin dairəsi genişlənəcək. 

Onu da (Əli Həsənovu-red.) həbs edəcəklər."

Anar Rəhimov, Bizim.Media 
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin