İntihar və intihara cəhd hallarının sayı əhəmiyyətli dərəcədə azalıb.
Bizim.Media xəbər verir ki, bu barədə Baş Prokurorluqda hazırda keçirilən Kollegiya İclasında bildirilib.
Qeyd olunub ki, aidiyyəti dövlət qurumları tərəfindən həyata keçirilən məqsədyönlü, o cümlədən maarifləndirici tədbirlər nəticəsində intihar və intihara cəhd hallarının azalmasında müsbət tendensiya müşahidə edilməkdədir.
Belə ki, 2022-ci ilin birinci yarımilində ötən ilin müvafiq dövrü ilə müqayisədə intihar hadisələrin sayı 9,4%, intihara cəhd hadisələrin sayı isə 27,3 % azalıb.
Hesabat dövründə özünü öldürmə həddinə çatdırma ilə bağlı 3 cinayət işi baxılması üçün aidiyyəti məhkəmələrə göndərilib.
Bizim.Media