Türkiyənin Abant İzzet Baysal universitetinin tələbəsi, soydaşımız Vüsalə Novruzlu Moderator.az - a "Erkən yaşda evlilik erkən yaşda boşanma deməkdir" adlı yazısını göndərib:
Bu günlərdə Çinlilerin uyğur türklərinə etdikləri kimi,İşidin etdikləri kimi,Türkiyədə keçirilən prezident seçkiləri kimi ,12.06.2015 - 28.06 2015 tarixləri arasında ilk dəfə Azərbaycanda keçirilən ilk Avropa oyunları kimi istər Azərbaycan medyası üçün,istərsə də dünya medyası üçün önəmli hadisələrdən bir necəsidir.
Bu aktual mövzulardan biri haqqında öz fikrimi və Azərbaycanın baxış acısını yazmaq fikrindəydim.Lakin ard arda bir mövzu haqqında məlumatın önümə çıxması yazacağım mövzunu kökündən dəyişdi.Xüsusilə də xəbər saytların birində Hindistanda 35 yaşlı kişinin 6 yaşlı bir qızla evlənməsi xəbərini görüncə azyaşlı qızların erkən yaşda evləndirilməsi, bu azmış kimi özlərindən çox böyük yaşda insanlarla evləndirilməsi mövzusu haqqında yazı yazmama stimul verdi.
Çevrədən fılankəsin qızı evdə qaldı düşüncəsiylə sosial problemlərin güdazına gedən məsuliyyətsiz valideynlərin dar düşüncə çərcivəsindən bu sözlərə boyun əyənlər qızlarını gənc yaşda sırf maddi imkanı yaxşıdır deyə qızlarından yaşça çox böyük olan birisiylə evlənmələrinə göz yunmaları çəmiyyətin qanayan yaralarındandır.
Erkən yaşda qurulan ailə mövzusu dünyanın bir çox ölkələrində olduğu kimi eləcədə Azərbaycanın sosial və aktual mövzularındandır.Çox təəssüflər olsunki Azərbaycanda erkən yaşda nikahın qurulduğu ölkələr sırasındadır.
Azərbaycanda erkən yaşda evlilik cənub bölgəsində daha çox qeydə alınsa da indiki statistik məlumatlara nəzər yetirdikdə nəinki cənub bölgəsində eləcədə Azərbaycanın dört bir yanında ,həmcinin paytaxt Bakımızda da gün keçdikcə artdığını açıq şəkildə görmüş olarıq.
Erkən yaşda qurulan ailələrdə xüsusilə qızların çoxunun ya orta məktəbi tam bitirməməsi yada ali təhsil almadan evlənmələri qurulan yeni ailedə problemlərin artmasına səbəb olan ünsürlərdən biri olmaqdadır.
Erkən yaşda evliliyin zərərləri qurulan yeni ailələrdə özünü qısa zamanda bəlli etməyə başlayır.Beləki gənc yaşda qurulan evlilik boşanma sayınında artmasına sebeb olur.Qızlar maddi mənəvi cəhətdən kimsəyə möhtac olmadan ayaqda qala bilmədikləri üçün ailədə yaranan ailə içi problemlərə dözməyə mahkum olurlar.Buda o cür ailədə böyüyən uşaqların tərbiyələrini yetərincə etkiləyir.Bu cür ailələr ya oxumadıqları üçün qarşı tərəfin haqsızlarına dözərək həyatlarını davam etdirirlər yadakı erkən yaşda boşanırlar.Boşanma nəticəsində dünyaya gələn övladlar,eləcədə gənc yaşda dul qalan hər iki gəncin aqibətləri necə olacaq bu ayrıca bir yazının mövzusudur.
Azərbaycanda evlənmə yaşı 18 olsa da çox təəssüflər olsun 18 yaşın altında edilən evliliklərin sayı gün keçdikçə artmaqdadır. İki gəncin bir birlərini qarşılıqlı sevərək və anlaşaraq evlənmələri ilə yanaşı çoxu zamanda ailələrin xüsussilədə qızın valideynlərinin basqısı nəticəsində qızların gənc yaşda evlənmələri olur.Lakın,valideynlərimiz unutmasınlarki istər qızlarımız istərsədə oğlanlarımız oxumadan,əllərinə çörək qazanacaq məsləyi almadan, xüsusilədə qızlarımızın maddı mənəvi kimsəyə hətta həyat yoldaşlarından maddi cəhətdən asılı olmadan öz ayaqları üstündə sərbəst yaşadıqdan sonra ailə həyatı qurmağı düşünməlidirlər.Gənclərimiz unutmasınki əldə edilən ali təhsil altın acar kimidir,və o acarın aca bilmədiyi hec bir qapı yoxdur.Bu cür düşüncəylə qurulan ailələrin təməli daha möhkəm olur,ailədə qarşılıqlı hörmət,sevgi sayqı olur.Buda boşanma saylarının azalmalarına və cəmiiyətimizin kiçik dövlətləri sayılan ailələr uzun ömürlü olar.
Vüsalə Novruzlu



























































































