İlkindən ailə üzvlərini təhqir edən qadınla bağlı VİDEOMÜRACİƏT

Hazırda oxunan: İlkindən ailə üzvlərini təhqir edən qadınla bağlı VİDEOMÜRACİƏT

84814

"Ailə üzvlərim parkda olduğu zaman bir xanım durduğu yerdə təhqirlərə keçib, alçaldıcı hərəkətlər etdi. Həmin an bu xanımla bağlı Daxili İşlər Nazirliyinin (DİN) "102" xidmətinə müraciət etdik. Şikayətimizi bildirdik. Çox təəssüf ki, bu hadisənin üstündən 50 gün keçsə də,məsələyə baxılmır".

Bizim.Media xəbər verir ki, bu sözləri aktyor-aparıcı İlkin Həsəni sosial şəbəkə hesabında yaydığı videomüraciətdə deyib.

O, haqq-ədalətin bərqarar olması üçün yenidən Daxili İşlər Nazirliyinə müraciət edib.

"Baş vermiş hadisə ilə bağlı "102" xidmətinə yenidən zəng edib, müraciətimi bildirdim. Məsələnin həll olunması haqda söz verilsə də, təəssüf ki, həllini tapmır.

Ona görə məcburən bu videonu çəkdim. Həmin xanımın telefon nömrəsi, avtomobil nömrəsi, yaşadığı və işlədiyi yer bəllidir. Etik qaydalara görə kimliyi haqda  informasiya vermək istəmirəm.
Lakin məsələ öz həllini tapmasa, onun kimliyi barəsində sizi məlumatlandıracağam. Düşünürəm ki, bu videomuraciətdən sonra məni qoruyan hörmətli və dəyərli polisim hərəkətə keçəcək və tərbiyəsizlik etmiş o xanım tezliklə tapılacaq".

Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin