Zəngilana müntəzəm marşrut xətti açılacaq? 

Hazırda oxunan: Zəngilana müntəzəm marşrut xətti açılacaq? 

84784

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi "Ağıllı kənd"in inşa olunduğu və bir qrup sakinin köçürüldüyü Zəngilan rayonunun Ağalı kəndinə müntəzəm marşrut xəttinin açılması ehtimalına münasibət bildirib. 

Bizim.Media xəbər verir ki, işğaldan azad edilmiş ərazilərə sərnişindaşıma fəaliyyətinin genişləndirilməsi və müxtəlif istiqamətlərə yeni avtobus marşrutlarının açılması tələbatla yanaşı mövcud infrastruktur nəzərə alınmaqla tənzimlənir.

Marşrutların açılması “Avtomobil nəqliyyatı haqqında” qanuna, Nazirlər Kabinetinin 3 aprel 2009-cu il tarixli qərarı ilə təsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi Qaydası”na uyğun təşkil olunur. 

Nazirlikdən “report.az”ın sorğusuna cavab olaraq bildirilib ki, sözügedən istiqamət üzrə sərnişindaşıma fəaliyyətinin və nəqliyyat xidmətlərinin təmin edilməsi üçün müvafiq infrastruktur qurulduqdan sonra bütün lazımi tədbirlər həyata keçiriləcək. 
Xatırladaq ki, “Ağıllı kənd” layihəsinin I mərhələsi üzrə açılış mərasimi bu il mayın 27-də olub.

Kəndə 58 sakin - 10 ailə köçüb. Bu ayın sonuna qədər ümumilikdə 201 sakinin - 41 ailənin Ağalıya yerləşdirilməsi nəzərdə tutulur. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin