Lənkəran Şəhər İcra Hakimiyyətinin iki vəzifəli şəxsi ötən gün rayon polis şöbəsi tərəfindən saxlanılıb.
Bizim.Media-ya daxil olan məlumata görə Lənkəran Şəhər İcra Hakimiyyətinin Hüquq şöbəsinin müdiri Emin Quliyev və onun xalası oğlu, sürücüsü və icra başçısının işləri üzrə baş mütəxəssis Anar Məmmədov sərxoş halda avtoşluq edərkən saxlanılıb. İddialara görə sürücü Anar Məmmədovun avtomobili cərimə meydançasına aparılıb.
Məsələni dəqiqləşdirmək üçün DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupunun baş inspektoru, polis baş leytenantı Məhəmməd Rzayevlə əlaqə saxladıq.
DİN rəsmisi Bizim.Media-ya açıqlamasında sürücü Anar Məmmədovun içkili halda avtomobil idarə etdiyinə görə saxlanıldığını təsdiqləyib:
“Anar Məmmədov içkili halda öz şəxsi avtomobilini idarə edib. Saxlanılan zaman sürücünün yanında sərnişin qismində Emin Quliyev də olub. Qanuni qaydada Anar Məmmədova protokol tətbiq olunub və barəsində məsuliyyət nəzərdə tutulub”.
Alçina Amilqızı, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
12:58 / 21.07.2022
Polis Lənkəran İcra Hakimiyyətinin iki vəzifəlisini SAXLADI - ÖZƏL
Hazırda oxunan: Polis Lənkəran İcra Hakimiyyətinin iki vəzifəlisini SAXLADI - ÖZƏL
Hazırda oxunan: Polis Lənkəran İcra Hakimiyyətinin iki vəzifəlisini SAXLADI - ÖZƏL
84723
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.