FHN-in yanğınsöndürənləri 30 baş cins atı yanğından xilas etdi

Hazırda oxunan: FHN-in yanğınsöndürənləri 30 baş cins atı yanğından xilas etdi

84723
Göygöldə yanğın hadisəsi qeydə alınıb.

Moderator.az  Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən bildirir ki, Göygöl rayonu, Qızılqaya qəsəbəsində vətəndaşa məxsus ümumi sahəsi 2004 kv.m olan atçılıq fermasının dam örtüyünün yanar konstruksiyaları 4 kv.m sahədə, yaxınlıqda dayanmış “Ford”x9d mikroavtobusun mühərrik hissəsi, 2 ədəd təkər və avtomobilə yaxın məsafədə yığılmış 40 ton ot bağlamasının 10 tonu yanıb.

Yanğın zamanı fermanın içərisindən 30 baş cins atlar yanğınsöndürənlər tərəfindən xilas olunub. Fermanın, mikroavtobusun və ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 20:00-da yanğınsöndürənlər tərəfindən söndürülüb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin